"Barselona" ilə müqavilənin ləğvi təklifindən imtina etdi

"Barselona"nın yarımmüdafiəçisi Miralem Pjaniç klubu ilə müqaviləsini ləğv etmək təklifindən imtina edib.

90plus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisinin məşqçilər heyəti yeni mövsüm bosniyalı oyunçunu komandada görməyi düşünmür. Klub isə əmək haqqlarına ödədiyi məbləği bir az azaltmaq üçün 31 yaşlı oyunçu ilə müqaviləni ləğv etmək istəyir. Bununla əlaqədar olaraq "Barselona" Miralemə qarşılıqlı razılaşma ilə müqavilənin ləğvini təklif edib, ancaq o, bundan imtina edib. Pyaniç Kataloniya klubunda ilinə 8 milyon avro qazanır.

Xatırladaq ki, Pyaniç 2020-ci ildə "Yuventus"dan "Barselona"ya transfer olunub. O, ötən mövsüm 19 matçda meydanda olub.

0 comments