"Barselona" ilə yeni müqavilə imzalamaq istəmir

"Barselona"nın futbolçusu Usman Dembele klubla müqaviləsini yeniləmək istəmir.

9"Catalunya Radio""ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu "Barselona"nın onu ötən yay satmağa çalışmağından inciyib. Hazırda isə Kataloniya təmsilçisi Dembeleni azad agent kimi buraxmamaq üçün futbolçu ilə sözləşməni uzatmaq niyyətindədir. Fransalı oyunçu isə müqaviləni yeniləmək istəmir. Tərəflər razılığa gəlməsələr, klub Dembelenin satışından gəlir əldə etmək məqsədi ilə növbəti yay yolları ayırmağa üstünlük verəcək.

Qeyd edək ki, oyunçunun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Dembele bu mövsüm 39 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.

0 comments