top of page

“Barselona” ili xal itkisi ilə başa vurdu

İspaniya La Liqasında 15-ci tura yekun vurulub.


90plus.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.


“Barselona” ilin son oyununda “Espanyol”u qəbul edib və xal itkisi ilə üzləşib. “Vilyarreal” “Valensiya”nı, “Real Sosyedad” isə “Osasuna”nı məğlub yola salıb.


15 turdan sonra şərikli lider olan “Barselona” və “Real”ın 38 xalı var. “Real Sosyedad” 29 xalla üçüncü, Madrid “Atletiko”su 27 xalla dördüncüdür.


Barselona – Espanyol 1:1


Qol: M.Alonso, 7 – Xoselu, 73-pen.

0 comments
bottom of page