top of page

“Barselona” Karraskonu heyətinə daxil etmək istəyir

“Atletiko”nun futbolçusu Yannik Ferreyra Karrasko karyerasını “Barselona”da davam etdirə bilər.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hücumçu Ferran Torresi sata bilsə, belçikalını transfer etməyə çalışacaq.


“Barsa” ispaniyalı forvardın satışından ən azı 40 milyon avro qazanmağı planlaşdırır.


Karrasko 2022/23 mövsümündə “hindular”ın heyətində 44 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

0 comments
bottom of page