top of page

“Barselona” Kessyeni satmaq istəsə…

“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu afrikalı oyunçunu satmağı düşünsə, “qoca sinyora” Kessye üçün təklif göndərəcək.


26 yaşlı Kessyenin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


0 comments
bottom of page