"Barselona" Kumanı istefaya göndərsə...

"Barselona" baş məşqçisi Ronald Kumanı istefaya göndərəcəyi təqdirdə, ona hansı təzminat ödəyəcəyi məlum olub.

90pl"Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 58 yaşlı mütəxəssisə təxminən 13 milyon avro ödəməli olacaq.

Kumanın müqaviləsinin bitməməsi halında, klub ona 5.8 milyon avro verməlidir. Bu məbləğə məşqçinin "Barsa"dakı illik maaşı - 7,2 milyon avro əlavə olunmalıdır.

Qeyd edək ki, niderlandlı çalışdırıcı ötən ilin avqustundan Kataloniya klubunun baş məşqçisidir.

0 comments