top of page

“Barselona”lı futnolçu Ronaldo ilə komanda yoldaşı ola bilər

Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr” “Barselona”nın müdafiəçisi Kleman Lanqle ilə maraqlanır.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, tərəflər futbolçunun mümkün keçidi ilə bağlı danışıqlar aparırlar.


28 yaşlı Lanqle son mövsümü icarə əsasında “Tottenhem”də keçirib, 35 oyuna çıxıb, bir qol vurub, iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barsa” ilə müqaviləsi 2026-cı ilə qədərdir.


Öncədən "Marsel"in də Lanqle ilə maraqlandığı, hətta onu transfer etmək üçün danışıqlara start verdiyi bildirilirdi.


Xatırladaq ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo, Sadio Mane, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.

0 comments
bottom of page