"Barselona" Lanqleni göndərmək istəyir


"Barselona" Kleman Lanqleni komandadan göndərməyi planlaşdırır. 90plus.az Sport.es-ə istinadən xəbər verir ki, klub müdafiəçi üçün İngiltərə klubları ilə danışıq aparır. "Barselona"nın Lanqleni Premyer Liqa təmsilçilərindən birinə satın alma şərtilə icarəyə verəcəyi bildirilib. Bu halda oyunçunun maaşını icarəyə götürən klub ödəyəcək. Qeyd edək ki, o, 2018-ci ildən "Barselona"da çıxış edir.

0 comments