"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.
90plus.az xəbər verir ki, bu barədə 90min.com məlumat yayıb. Kataloniya təmsilçisi transferi 2025-ci ildə başa çatdırmağı planlaşdırır. Çünki həmin vaxt 23 yaşlı hücumçunun dəyəri 150 milyon avro olacaq.
Erlinq 2022-ci ilin yayında "Borussiya" Dortmunddan “Mançester Siti”yə keçmişdi. Onun transfer məbləği 60 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" Haalandı 180 milyon avro dəyərində qiymətləndirir. Ötən mövsüm forvard bütün turnirlərdə 53 oyun keçirib, 52 qol vurub və 9 qolun ötürməsini edib. İngiltərə çempionatının sonunda Haaland ən yaxşı bombardir (36 qol) olub və eyni zamanda mövsümün ən yaxşı oyunçusu kimi tanınıb. "France Football" hücumçunu "Qızıl top" mükafatına namizəd göstərib. Bu mövsüm Haaland artıq dörd Premyer Liqa matçında 6 qol vurub.
Qed edək ki, "Barselona"nın hazırda 2 hücumçusu var: Robert Levandovski və Joao Feliks.
