
"Barselona" daha bir transferini gerçəkləşdirib. 90plus.az xəbər verir ki, klub "Mançester Siti"dən Erik Qarsiyanı heyətinə qatıb. Müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Erik Qarsiya 2018-ci ildən "Mançester Siti"də çıxış edib.