"Barselona" Messi ilə danışıqlara başladı - Şərtlər...

"Barselona" kapitanı Lionel Messi ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.

90plus.az "TV 3"ə istinadən xəbər verir ki, klub prezidenti Joan Laporta argentinalı hücumçunun agenti və atası olan Xorxe Messi ilə görüşərək futbolçu ilə müqaviləni uzatmaq istədiyi barədə məlumat verib. Klub rəhbəri 33 yaşlı oyunçudan maaşda güzəştə getməsini istəyib.

Bildirilib ki, Messi xüsusi şərtlər daxilində, maaşının 50 faiz azaldılmasına razı olub. İlk növbədə oyunçu iki illik müqavilə imzalamaq istəyir. Messi müqavilədə MLS təmsilçisi "İnter Mayami"yə sonrakı keçidi və klubun ABŞ-dakı səfiri olması ilə bağlı bəndlərin yer almasını tələb edir. İspaniyaya qayıtdıqdan sonra "Qızıl Top"un altıqat sahibi klubun idman strukturunda vəzifəsində işləməyi düşünülür.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi bu yay başa çatır.

0 comments