"Barselona" Messini bu kluba satmağa razılıq verdi

“Barselona” kapitanı Lionel Messini “Mançester Siti”yə satmağa razılıq verib.



90plus.az “Mirror”a istinadən  xəbər verir ki, Kataloniya klubu bu transfer üçün İngiltərə təmsilçisindən 280 milyon avro tələb edir. Bundan başqa, mümkündür ki, "Mançester Siti"nin bir aparıcı futbolçusu "Barselona"ya verilməklə və əlavə 134 milyon avro ödənilməklə bu transfer həyata keçirilsin. Digər məlumata görə, klubun Messiyə 700 milyon avro təzminat qoyması haqda xəbərlər həqiqəti əks etdirmir. Bundan əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın Messi ilə görüşmək üçün Barselonaya getdiyi bildirilmişdi. Qeyd edək ki, L.Messi klub rəhbərliyindən narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam verməyi qərara alıb.

0 comments