"Barselona" Messini təbrik etdi

"Barselona" sabiq hücumçusu, hazırda PSJ-də çıxış edən Lionel Messini Cənubi Amerika milli komandalarının ən çox qol vuran oyunçusu olması münasibəti ilə təbrik edib.

90plus.az xəbər verir ki, bununla bağlı Kataloniya klubunun "Tvitter" səhifəsi paylaşım edib: "Cənubi Amerika milli komandalarının ən yaxşı bombardiri. Əla, Leo!".

Qeyd edək ki, Argentina millisinin kapitanı Messi dünən keçirilən DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turunda Boliviya ilə matçda het-trik edərək yığmada vurduğu qolların sayını 79-a çatdırıb.

O, əfsanəvi braziliyalı Peleni (77 qol) üstələyib və Cənubi Amerikanın milli komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

0 comments