"Barselona"nı çalışdırmaqdan iki dəfə imtina etmişəm"

"Əl-Sədd"in (Qətər) çalışdırıcısı Xavi Hernandes "Barselona"ya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

90plus.az "La Vanguardia"ya istinadən xəbər verir ki, o, Kataloniya klubunda işləməkdən iki dəfə imtina etdiyini deyib: “Barselonaya getdim və jurnalistlər bunu gözləyirdi. Mən şəhərə gələn kimi insanlar mənə çox mesaj yazır. Bu klubun Kuman kimi baş məşqçisi var. Ona hörmət edilməlidir. İkincisi, "Barselona" məşqçisi olmağa tələsmirəm. Vaxtı gələndə vəziyyəti qiymətləndirib düzgün qərar verəcəyik. Bir neçə il əvvəl hər şey təyinatıma doğru gedirdi, amma o an ən yaxşı zaman deyildi. "Barselona" mənimlə əlaqə saxladı. Ancaq tələsmək lazım deyil.

Xoşbəxtlikdən və ya təəssüf ki, artıq iki dəfə "Barselona"dan imtina etmişəm. Bu, müxtəlif vəziyyətlərə görədir. Ailə, məsələnin peşəkar tərəfi, müqavilə. Bu barədə danışmaq çətindir, çünki mən "Barselona"nın azarkeşiyəm, amma dediyim kimi o an zamanı deyildi".

0 comments