top of page

"Barselona"nın adı rüşvət qalmaqalında çəkilir


İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Barselona"nın hakim qalmaqalından danışıb. 

90plus.az "El Mundo"ya istinadən xəbər verir ki, o deyib: “Onlar yalnız bizə böyük narahatlıqlarını bildirdilər və daxili araşdırmaya başladılar. Başqa heç nə olmadı. Heç bir  izahat verilmədi. Sadəcə qeyddə bildirilib ki, bunu bütün klublar edib. Laporta ağlabatan izahat verməsə, istefa verməlidir”.

Qeyd edək ki, "Barselona"nın İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət ödədiyi iddia olunur. Bu ittiham təsdiqini taparsa, klub La Liqadan və avrokuboklardan kənarlaşdırıla bilər.

0 comments
bottom of page