top of page

"Barselona"nın bu yay transfer etmək istədiyi oyunçular

"Barselona"nın bu yay transfer etmək istədiyi bir neçə oyunçunun adına aydınlıq gəlib.


90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. "Barselona" “Vilyarreal”dan Dani Parexo və “Jirona”dan Oriol Romeunun transferi üzərində işləyəcək.


Xatırladaq ki, Romeu 2010-2011-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya klubunun yetirməsidir. 2022/2023 mövsümündə Parexo "Vilyarreal" üçün bütün yarışlarda 50 oyuna çıxıb, 3 qol vurub və 5 qolun ötürməsini verib. Romeu “Jirona”nın heyətində 34 oyun keçirib və 2 qol vurmağı bacarıb.



0 comments
bottom of page