top of page

“Barselona”nın ev oyunları bu stadionda keçiriləcək

"Barselona" gələn mövsümdən etibarən "Kamp Nou"nun yenidən qurulması ilə əlaqədar ev oyunlarını Olimpiya Stadionunda keçirəcək.


90plus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Klub bu barədə İspaniya Futbol Federasiyasına məlumat verib. Qurum da öz növbəsində UEFA-ya məlumat verməlidir.


"Barselona"nın 2024-cü ilin noyabrına qədər Olimpiya Stadionunda oynayacağı gözlənilir. Arenanın 55 926 nəfərlik azarkeş tutumu var.

0 comments
bottom of page