"Barselona"nın futbolçusu türk klubuna keçə bilər

"Barselona"nın futbolçusu Aleks Kolyado karyerasını Türkiyə və ya Rusiyada davam etdirə bilər.

90plus.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta məlumat yayıb.


"Marca"ya danışan klub rəhbəri, "O, qeyri-adi oğlandlr. Rikard Puça kimi istedadlıdır. Aleksi "Brüqqe"yə vermək istəyirdik, ancaq onlar futbolçunu birdəfəlik satınalma istədilər. Kolyado isə bundan imtina etdi. Çünki o, "Barselona"da uğur qazanmaq istəyir. Biz istəyirik ki, Aleks sadəcə məşq eləməsin, meydana çıxıb oynasın. Rusiya və Türkiyədə transfer pəncərəsi hələ də açıqdır", - deyə bildirib.

0 comments