"Barselona"nın futbolçusu "Xetafe"yə keçdi


"Barselona"nın yarımmüdafiəçisi Karlos Alenya "Xetafe"yə transfer olunub. 90plus.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. Razılaşmaya əsasən, "Barselona"nın 23 yaşlı futbolçunu geri almaq hüququ var. Müqavilənin şərtlərinə görə, Kataloniya təmsilçisi oyunçunun gələcək satışının 50 faizini alacaq. Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Alenya ötən mövsüm icarə əsasında "Xetafe"də oynayıb

0 comments

Recent Posts

See All