"Barselona"nın futbolçusu zədə aldı


"Barselona"nın futbolçusu Ronald Arauxo zədələnib.

90plus.az xəbər verir ki, o, Uruqvay millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Argentina ilə matçda (0:3) sıradan çıxıb. 22 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı isə məlum deyil. Qeyd edək ki, 2019-cu ildən "Barselona"da, ötən ildən isə Uruqvay millisində oynayır.

0 comments