"Barselona"nın futbolçusu zədələndi


“Barselona”nın futbolçusu Pedri zədələnib. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bavariya” ilə matçda (3:0) zədələnib. İspaniyalı oyunçunun son durumu tibbi müayinədən sonra bilinəcək. Qeyd edək ki, “Barselona”da Jordi Alba da zədəlidir.

0 comments