"Barselona"nın futbolçusunu aldılar - Rəsmi

"Nitsa" "Barselona"nın futbolçusu Jan-Kler Todibonu birdəfəlik alıb.

90plus.az Kataloniya təmsilçisinin saytına istinadən xəbər verir ki, klub bu satışdan 8.5 milyon avro qazanıb. Bundan başqa, "Barselona" 21 yaşlı müdafiəçiyə görə 7 milyon avro mükafat da ala bilər.

Qeyd edək ki, Todibo ötən mövsüm icarə əsasında "Nitsa"da çıxış edib. O, Fransa çempionatında meydana çıxdığı 15 matçda 1 qol vurub.

0 comments