"Barselona"nın gənc futbolçusu üçün 3 klubdan təklif

"Barselona"nın gənc futbolçusu İlayş Moriba klubunu dəyişə bilər.

90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi üçün "Çelsi", "Mançester Siti" və "Leypsiq" təkliflər göndərib. Kataloniya təmsilçisinin futbolçunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, Moriba ötən mövsüm La Liqada meydana çıxdığı 14 oyunda 14 qol vurub.

0 comments