“Barselona”nın Kunde planı

“Barselona” “Sevilya”nın müdafiəçisi Jul Kunde ilə müdafiə xəttini gücləndirmək istəyir.

90plus.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Barselona” fransalı müdafiəçinin “Sevilya”dan ayrılmaq istədiyini bilir və onu transfer etməyi planlaşdırır.

“Sevilya”nın idman direktorunun müavini Fernando Navarronun “Barsa”nın baş məşqçisi Xavi ilə çox yaxşı münasibəti var və bunun Kundenin transferi ilə bağlı danışıqlara kömək edəcəyi istisna olunmur.

“Sevilya” keçən yay Kunde üçün 90 milyon avro tələb etdiyinə görə, futbolçu “Çelsi”yə keçə bilməmişdi.

0 comments