"Barselona"nın hücumçusu Robert Levandovskinin cəzalası ilə bağlı apellyasiya şikayəti rədd edilib.
90plus.az COPE-yə istinadən xəbər verir ki, İdman İnzibati Məhkəməsi (TAD) polşalı hücumçu ilə bağlı 3 oyunluq cəzanı qüvvədə saxlayıb.
Onlar Levandovskini "Osasuna" ilə oyunda (2:1) davranışına görə La Liqada üç oyunluq diskvalifikasiya etmək qərarına gəliblər.
Qeyd edək ki, sözügedən görüşdə ilk hissədə meydandan qovulan hücumçu daha sonra tribuna otağına gedərək hakimə təhqiramiz jest göstərmişdi.