top of page

"Barselona"nın müdafiəçisi "Atletiko"nun radarında


"Barselona"nın müdafiəçisi Jordi Alba yayda klubunu dəyişə bilər.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə "Atletiko" maraqlanır.


Bildirilib ki, Kataloniya təmsilçisi 34 yaşlı oyunçunun maaşını 60 faiz azaltmaq istəyir. Alba bu şərtlərlə razılaşmır. "Barselona"nın onu sata biləcəyi vurğulanır.

Qeyd edək ki, Alba 2012-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 22 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.


0 comments
bottom of page