top of page

“Barselona”nın müdafiəçisi Premyer Liqa klubuna keçməyə yaxındır

“Barselona”nın müdafiəçisi Kleman Lanqle “Tottenhem”ə keçməyə yaxındır.


90plus.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.


O, 2022/23 mövsümünü icarə əsasında London klubunda keçirib. Fransalı futbolçu 35 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.


Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusudur. Onun İspaniya təmsilçisi ilə sözləşməsi 2026-cı ilə qədərdir.

0 comments
bottom of page