top of page

"Barselona"nın müdafiəçisi PSV-də forma geyinəcək

“Barselona” futbolçusu Serjinyo Desti icarəyə göndərib.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Niderland təmsilçisi PSV-də forma geyinəcək.


Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. PSV amerikalı oyunçunu almaq hüququna malikdir.


Dest 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.



0 comments
bottom of page