top of page

"Barselona"nın oyunçusu 5 həftə meydanlardan uzaq qalacaq

"Barselona"nın futbolçusu Serxi Roberto zədə səbəbindən bir aydan çox yaşıl meydanlardan uzaq qalacaq.


90plus.az xəbər verir ki, o, La Liqada dünən keçirilən "Xetafe" ilə matçda (0:0) zədələnib və 17-ci dəqiqədə əvəzlənib.


"Diario Sport" yazıb ki, 31 yaşlı müdafiəçi bud nahiyəsindən aldığı zədə səbəbindən təxminən 5 həftə meydana çıxa bilməyəcək.


Roberto La Liqada bu mövsüm 20 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.



0 comments
bottom of page