“Barselona”nın prezidenti: “Onunla bağlı fikirlərim müsbətdir”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın “sükan”ının Xaviyə tapşırılacağı iddialarına münasibət bildirib.

90plxəbər verir ki, İspaniya mətbuatına danışan klub prezidenti, Xavinin bir gün “Barselona”nı çalışdıracağını deyib:


“Xavi? Namizədlərimin adlarını açıqlamayacam. Bu, peşəkar davranış olmaz. Xavi özünü inkişaf etdirir. Onunla bağlı fikirlərim müsbətdir. Tez-tez danışırıq. Komandayla bağlı onun fikirlərini də öyrənirəm.


Hər zaman demişəm, Xavi bir gün “Barselona”nın baş məşqçisi olacaq. O, futbolu çox sevir və bu kluba aiddir. Xavinin hədəfi “Barselona”ya qayıtmaqdır”.

0 comments