“Barselona” rəhbərliyi hücumçu Usman Dembelenin müqaviləsini uzatmağı düşünür.
90plus.az ispan mediasına istinadən xəbər verir ki, bu haqda klub prezidenti Laporta məlumat verib.
O, oyunçunun çıxışından razı olduğunu və yeni müqavilə ilə bağlı müzakirələr aparıldığını qeyd edib:
“Usman Dembele ilə xoşbəxtik, o da burada olmaqdan məmnundur. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Buna görə də biz Dembelenin müqavilə vəziyyətini müzakirə etmək istəyirik.
Dembele onu sevdiyimizi və onun klub üçün nə qədər vacib olduğunu bilir”.
