“Barselona”nın prezidenti: “Yenidən başlamalıyıq”

“Barselona” klubunun prezidenti Xuan Laporta komandanın Çempionlar Liqasını tərk etməsini şərh edib.

xəbər verir ki, “Mundo Deportivo”ya danışan Laporta, məyus olduqlarını deyib:

“İndi daha çox çalışmalı və yenidən başlamalıyıq. Komanda yaxşı oynadı və futbolçular əllərindən gələni etdilər. Lakin alınmadı.


Uğursuzluq olmaya bilərdi. Məyusuq. Ancaq irəli baxmalı və işlər görməliyik”.

0 comments