"Barselona"nın sabiq futbolçusu Kristian Tello karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
90plus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Əl Fateh"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tello ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Barselona", "Fiorentina", "Betis" kimi klublarda çıxış edən ispaniyalı oyunçu son olaraq ABŞ "Los Anceles Qalaksi"sisində oynayıb.
