"Barselona"nın sabiq futbolçusu "Sabah"a keçir


"Sabah" "Barselona"nın sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.


90plus.az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.


Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb və "Sabaha saxlamadıq" yazıb. Müqavilə ilə Polşa "Yagelloniya"sına məxsus olan ispaniyalı oyunçu icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.

O, tezliklə rəsmi müqavilə imzalayacaq.


Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.

0 comments