"Barselona"nın yeni transfer hədəfi

"Barselona" bu transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

90plus.az "AS"a istinadən xəbər verir ki, klub "Xetafe"nin yarımmüdafiəçisi Mauro Arambarri ilə maraqlanır. Bildirilib ki, Kataloniya təmsilçisinin rəhbərliyi artıq 25 yaşlı futbolçunun mümkün transferi ilə bağlı müraciət edib. Buna baxmayaraq, yeni transfer etmək üçün "Barselona" bəzi oyunçularını satmalıdır.

Qeyd edək ki, Arambarrininin təzminat qiyməti 25 milyon avrodur.

0 comments