“Barselona” və “Yuventus” arasında yoldaşlıq görüşü ləğv edilib.
90plus.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.
Bildirilib ki, bu, “Barselona”nın bir sıra futbolçularında qastroenterit virusu aşkarlanması ilə əlaqədardır.
Qarşılaşma ABŞ-da bazar günü Bakı vaxtı ilə saat 06:30-da başlamalı idi.
“Barselona” ABŞ-da təlim-məşq toplanışındadır.