"Barselona" - "Napoli" matçı azarkeşsiz 

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" cavab oyunu da boş tribunalar önündə keçiriləcək.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Kataloniya klubunun rəsmilərinin iclasında qərar verilib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçiriləcəyi vurğulanlb. Məlumat klubun nümayəndəsi Jerar Figueras təsdiqləyib. Qeyd edək ki, "Barselona" - "Napoli" matçı martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

0 comments