"Barselona" - "Napoli" oyunu neytral meydanda keçirilə bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" cavab matçı neytral meydanda keçirilə bilər.



90plus.az "RAC1"ə istinadən xəbər verir ki, UEFA İspaniyada koronavirusun yayılması səbəbindən görüşün Barselonada oynanılmamasını düşünür.




Qeyd olunub ki, UEFA Səhiyyə Departamentinə koronavirusla bağlı yaranan vəziyyətlə bağlı müraciət edib. Əgər departament oyunun matç iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu bildirsə, yeni məkan axtarılacaq. Qarşılaşmanın yeri ilə bağlı yekun qərar həftənin sonuna kimi veriləcək. Xatırladaq ki, "Barselona" - "Napoli" görüşü avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

0 comments