top of page

“Barselona” Neymardan imtina etdi

“Barselona” hazırda PSJ-də çıxış edən keçmiş hücumçusu Neymarı geri qaytarmaq variantından imtina edib.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kluba 31 yaşlı futbolçunu transfer etmək təklif olunub. Lakin kataloniyalıların rəhbərliyi braziliyalının gəlişinin paltardəyişmə otağında problem yaradacağından ehtiyat edir.


Bundan əlavə, klub belə bir sövdələşməni iqtisadi baxımdan məqsədəuyğun hesab etmir.


Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Daha əvvəl onun İspaniya klubuna qayıtmaq üçün maaşını azaltmağa hazır olduğu bildirilirdi.

0 comments
bottom of page