top of page

"Barselona"nın aqibəti az qala "Real Madrid" kimi olacaqdı

"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb.


90plus.az xəbər verir ki, qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib.


Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub.


"Barselona" qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.


Qeyd edək ki, "Real Madrid" klubu "CD Alkoyano" komandasına 1 - 2 hesabı ilə məğlub olaraq turnirə vida etmişdi.

0 comments
bottom of page