"Barselona" onu itirdi


"Barselona"nın futbolçusu Pedrinin son durumu məlum olub. 90plus.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya millisinin heyətində zədə alan 18 yaşlı yarımmüdafiəçi "Barselona"nın qarşıdakı iki oyununu buraxmalı olacaq. O, La Liqada “Valensiya”, Çempionlar Liqasında isə Kiyev “Dinamo”suyla (Ukrayna) keçiriləcək matçlarda iştirak etməyəcək

0 comments