"Barselona" onu transfer etməkdə israrlıdır

“Barselona” “İnter”in futbolçusu Marselo Brozoviçi transfer etməkdə israrlıdır.

90plus.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün müdafiəçisi Emersonu təklif edib. Lakin hələlik tərəflər ortaq məxrəcə gəlməyiblər. Brozoviç PSJ-nin də maraq dairəsindədir.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən “İnter”in formasını geyinir.

0 comments

Recent Posts

See All