"Barselona" onu vaxtından əvvəl istirahətə göndərdi

"Barselona" futbolçusu Pedrini vaxtından əvvəl istirahətə göndərib.

90plus.İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun belə bir addım atmasına səbəb isə 18 yaşlı yarımmüdafiəçinin gərgin oyunlara görə stresə düşməsindən və yorulmasından narahat olmasıdır. Pedri gənc olmasına baxmayaraq, komandanın əsas oyunçularından birinə çevrilib. O, bu mövsüm "Barselona"nın heyətində 52 matç keçirib. Həmçinin onun İspaniya millisinin heyətində Avro-2020-də də çıxış edəcəyi gözlənilir. Ona görə də məşqçilər heyəti Pedrinin La Liqanın son turunda "Eybar"la matçı buraxmasına icazə verib.

Qeyd edək ki, Pedri 52 matçda 4 qol vurub və 6 qolun ötürməsini verib.

0 comments