top of page

"Barselona" onunla yeni müqavilə imzalayacaq

"Barselona" və Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubundan ayrılmayacaq.


90plus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 31 yaşlı qolkiperlə yeni müqavilə üçün razılıq əldə olunub.


Futbolçunun nümayəndələri bu həftə idman direktorları Mateu Alemani və Deko ilə görüşüblər. Danışıqlardan sonra qapıçı ilə əməkdaşlığı davam etdirmək qərara alınıb.


Qeyd olunur ki, qolkiperlə 2028-ci ilə qədər müqavilə imzalanacaq. Eyni zamanda, futbolçu qarşıdakı 2 ildə maaşının bir hissəsindən imtina edəcək.


Xatırladaq ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. O, La Liqada 256 oyun keçirib.



0 comments
bottom of page