top of page

"Barselona" oyunçusu ilə bağlı qərarını verdi

“Barselona” müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini uzadacaq.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar rəhbərliklə komandanın baş məşqçisi Xavi arasında keçirilən görüşdə qəbul edilib.


İspan mütəxəssisin Qarsiyadan müdafiəyəmeyilli yarımmüdafiəçi kimi istifadə etməyi planlaşdırdığı bildirilir.


Qarsiya 2021-ci ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib.


O, bu mövsüm “Barselona”da 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.



0 comments
bottom of page