"Barselona" oyunçusu ilə "nigah təzələdi!"



İspaniyanın "Barselona" klubu futbolçusu Oskar Mingesa ilə müqavilənin müddətini uzadıb.

"90plus" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

İspaniyalı oyunçunu heyətinə qatmaq istəyən klub 100 milyon avro ödəməlidir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir.

0 comments