
90plus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, Kataloniya klubu 22 yaşlı müdafiəçini 30 milyon avroya "Tottenhem"ə satacaq.
Braziliyalı oyunçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq. O, ilinə 3 milyon avro maaş alacaq.
Qeyd edək ki, Emerson 2019-cu ilin yanvarında "Atletiko Mineyro"dan "Barselona"ya keçib.