top of page

“Barselona” Parexo transferindən üz çevirdi

"Vilyarreal"ın yarımmüdafiəçisi Daniel Parexo "Barselona"ya keçməyəcək.


90plus.az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Fernando Polo yayıb.


Mənbə Kataloniya klubunun "İnter"in xorvat futbolçusu Marselo Brozoviçin transferini daha vacib saydığı üçün Parexo ilə bağlı fikrini dəyişdiyini bldirib. Xəbərə görə, Brozoviçin transferi reallaşmayacağı təqdirdə belə, "blauqrana"nın idarəçiləri Parexonu deyil, "Jirona"dan Oriol Romeunu almağa çalışacaqlar.


Xatırladaq ki, "Barselona" klubu tərk edərək azad agent qimində "İnter Mayami"yə qoşulan Serxio Busketsi layiqincə əvəzləyə biləcək yarımmüdafiəçi axtarışındadır.

0 comments
bottom of page