
"Barselona" klubu futbolçusu Pedri ilə müqavilənin müddətini uzadıb. 90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub. Qeyd edək ki, Pedri 2020-ci ilin iyulundan "Barselona"nın formasını geyinir.