
"Barselona" prezidenti Joan Laporta barədə hakimlərə rüşvət vermək iddiası ilə rəsmi araşdırma başladılıb.
90plus.az Sky Sports- a istinadən xəbər verir ki, İspaniyanın hakimlər komitəsinin 20 ilə yaxın fəaliyyətini əhatə edən istintaq çərçivəsində rüşvət şübhəsi ilə Laporta'ya qarşı rəsmi istintaq açıldığı bildirilib. İspaniyada "Barselona" klubu haqqında "İdman tədbirlərindən faydalanmaq üçün hakimlər haqqında məlumat toplamaq" iddiası ilə başladılan qanuni təşəbbüslərin səbəb olduğu müzakirələr ötən mart ayından bəri davam edir.
Keçən mart ayında Barselona Prokurorluğu 1993-2018 aralığında İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Şurasının (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya məxsus şirkətlərə 17 il içində 7,3 milyon avrodan (7,8 milyon dollar) çox pul ödənildiyini iddia edilərək msələ qaldırmışdı.